Dərc edilib: 14-09-2024

https://www.nuh.az/38368-.html

Gəncədə 15 yaşlı ƏR 18 yaşlı ARVADINI bıçaqladı ...

14.09.2024 16:10:06

LIVE

Gəncədə 18 yaşlı qadının bıçaqlanmasının təfərrüatı məlum olub. 


APA   xəbər verir ki, şəhər sakini A.Əmiraslanovanı bıçaqlayan M.Ə. onunla qeyri-rəsmi nikahda olan yeniyetmədir.

Belə ki, hadisə şəhərin “Qaraçılar məhəlləsi” kimi tanınan ərazisində baş verib. Orada yaşayan A. Əmiraslanova və 2009-cu il təvəllüdlü M.Ə. qeyri-rəsmi nikahda olub. Sonra A.Əmiraslanova sevgilisindən ayrılaraq başqa şəxslə ailə həyatı qurub. M.Ə.-nin onu başqa şəxslə evləndiyinə görə bıçaqladığı bildirilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib