Dərc edilib: 09-09-2024

https://www.nuh.az/38258-.html

Sizə minnətdarıq, cənab ƏRDOĞAN

09.09.2024 21:05:04

Cəmiyyət

Azərbaycanın  1918-ci ildəki cümhuriyyət quruculuğu, eləcə də 2020-ci ildə ərazi bütövlüyünün təmini, 2023-cü ildə antiterror əməliyyatı birbaşa Türkiyənin siyasi, iqtisadi, mənəvi və əməli dəstəyi ilə mümkün olub.

1918-ci ildə  Bakının erməni-rus işğalından azad edilməsi və Azərbaycan Xalq  Cümhuriyyətinin qurulması üçün türk əsgəri piyada 3000 km yol qət edib, Bakının azad edilməsi uğrunda şəhidlər verib.

2020-ci ildə Türkiyə Azərbaycana görə Minsk qrupu həmsədrləri ABS, Rusiya və Fransanı Qarabağ problemindən öz maraqları naminə istifadə etdiyi, problemin həll olunmamasında ittiham etdi. Türkiyə rəhbərləri 44 günlük müharibədə Bakıda olub, hər cürə, əvəzolunmmaz dəstək verib.

2023-cü ildə bir günlük antiterror əməliyyatı günü Rəcəb Təyyub Ərdoğan BMT tribunasından Azərbaycanı müdafiə etdi və Azərbaycana qarşı olan ölkələrin qarşısında Türkiyəni görəcəyinin bəyan etdi.

Azərbaycanın bütün uğurları Türkiyənin birbaşa iştirakı ilə mümkün olub.

 44 günlük müharibədən keçən 4 illik müddət ərzində bir sıra ciddi dəyişikliklər baş verib. Azərbaycanla Avropa münasibətləri kəskin xarakter alıb, Azərbaycan öz gələcəyini  Avropa ilə bir yerdə görmədiyini bildirib. Fransa Azərbaycan münasibətləri açıq düşmənçilik səviyyəsindədir.  Rusiya ilə Ermənistan münasibətləri tam pozulmaq həddindədir. ABŞ Ermənistandan Rusiyanın çıxarılması üçün Ermənistana hər sahədə açıq dəstək verir. Reğiona yeni qüvvələr daxıl olub. Ermənistanın silahlanmasında Fransa, ABŞ, Hindistan kimi ölkələr iştirak edir. 44 günlük müharibənin yaraları sağaldıqca, vaxt keçdikcə Ermənistanda  revanşist qüvvələrin daha da güclənəcəyi heç kimə sirr deyil.   ABŞ-ın Ermənistanda yerləşməsi də Azərbaycan üçün yaxşı heç nə vəd etmir. Erməni lobbisinin ABŞ-dakı gücünü, Avropa Azərbaycan münasibətlərini   nəzərə alsaq bu regionda yeni rəxribatların  olacağı  qacılmazdır.

  Rusiya- Ukrayna müharibəsində faktiki  olaraq digər dövlətlərin aşkar şəkildə iştirakı, Rusiyanın mövqeyinin hər an zəiflədiyini nəzərə alsaq, bu məğlubiyyətdən Rusiyanın “müttəfiqi” Azərbaycanın da zərbə alacağı şübhəsizdir.

Belə bir kritik vəziyyətdə  Azərbaycan hakimiyyətinin  Türkiyə ilə münasibətlərində gözlə görükən gərginlik tezliklə ortadan götürülməlidir.Ermənistanla danışıqlarda Azərbaycan və Türkiyənin ayrı-ayrılıqda və fərqli mövqe nümayiş etdirməsi Azərbaycanın mövqelərini zəiflədir. İndiki dövrdə Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin pozulması Azərbaycan üçün faciələrə səbəb ola bilər. Azərbayçanın yeganə yolu Şuşa bəyannaməsindən irəli gələn addımları atmaq  və Türkiyə ilə daha dərin əlaqələr yaratmaq, konfederativ əsaslarla vahid dövlətçiliyə doğru yürüməkdir.  Türkiyənin maraqları, Ərdoğanın Türkiyəni super dövlətə çevirmək siyasəti də bunu tələb edir. Bu siyasət yalnız Türkiyənin maraqlarına xidmət etmir, Türk dövlətlərinin hər birinin, xüsusilə Azərbaycanın  maraqlarına uyğundur.  Türk dövlətləri  dünyada söz sahibinə, indiki statusdan tamam fərqli bir statusa malik olur.

 Sonuncu  Şuşa sammitində türkün iki böyük dövlətinin Türkiyə və Qazaxıstanın liderlərinin  iştirak etməməsinə səbəb olan səhvlər düzəldilməlidir.

  Bu günkü  türk-islam intibahının lideri şəksiz-şübhəsiz Ərdoğandır. Biz  Azərbaycan olaraq bu intibahın ən ön dəstələrindən biriyik və belə də davam etməliyik. Batmaqda olan Rusiya gəmisindən xilas olmağın əsl  vaxtıdır. 

 

Azadlıq Partiyasının sədri ƏHMƏD ORUC 

 

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib