Dərc edilib: 07-09-2024

https://www.nuh.az/38170-.html

Şuşaya daha 27 ailə köçdü

07.09.2024 18:49:28

LIVE

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.


NUH.az    AZƏRTAC-a istinadən xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı sentyabrın 7-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Şuşa şəhərinə 27 ailə - 91 nəfər köçürülüb.

Xatırladaq ki, indiyədək Şuşa şəhərinə 203 ailənin, yəni 763 nəfərin daimi məskunlaşması təmin edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib