Dərc edilib: 30-08-2024

https://www.nuh.az/38071-.html

Nazarbayevin qohumu 12 il müddətinə həbs edildi

30.08.2024 00:05:20

LIVE

Almatı İxtisaslaşdırılmış Cinayət Məhkəməsi Nursultan Nazarbayevin qardaşı oğlunun keçmiş həyat yoldaşı Gülmira Satıbaldıya hökm oxuyub.


NUH.az     report-a istinadən xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb.

O, əmlakı müsadirə olunmaqla 12 il müddətinə azadlıqdan məhrum edilib.

Gülmira Satıbaldı özbaşınalıq, hədə-qorxu ilə tələb etmə və qanunsuz olaraq azadlıqdan məhrumetmədə təqsirli bilinib. Bu cinayət işində adı hallanan Madi Batırşayev isə 9 il müddətinə həbs edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib