Dərc edilib: 25-08-2024

https://www.nuh.az/38042-.html

Nəsiman Yaqublu qəzaya düşdü

25.08.2024 19:30:58

Cəmiyyət

Tarixçi-professor Nəsiman Yaqublu Zəngilandan qayıdarkən qəzaya düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Müsavat partiyasının Məclis sədri Arif Hacılı məlumat yayıb.

  

Onun sözlərinə görə, N.Yaqublu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Bakı Dövlət Universitetində müəllim işləyən professor Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizəddir. O, Zəngilandan seçicilərlə görüşdən qayıdırmış.

NUH informasiya agentliyi səhifəsindən çap edilib