Əli Məsimli şəhid məzarlarını ziyarət etdi, seçicilələrlə görüşdü-Fotolar
Avqust ayının 22- də 113 saylı Qax-Şəki seçki dairəsindən VII çağırış Milli Məclisin deputatlığına namizəd Əli Məsimli seçkiqabağı təbliğat-təşviqat kompaniyası çərçivəsində Qax rayonunun Ağyazı, Qaradolaq və Cəlayır kəndlərində yaşayan seçicilərlə görüş keçirib.
XALQ.AZ xəbər verir ki, Əli Məsimlinin hər bir görüşündə olduğu kimi, bu görüşlərdə də əvvəlcə Dövlət Himni səsləndirildi, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi şəhid məzarları ziyarət edildi.
Buna daha geniş miqyasda nail olmaqdan ötrü islahatları genişləndirmək və dərinləşdirmək kontekstində, birinicisi müqayisəli üstünlük prinsipini nəzərə almaqla, ölkəmizdə texnoloji yeniliklərin tətbiqinin idxalı əvəz edən mal və məhsulların istehsalının artırılması, ikincisi məhsulların keyfiyyətinin yüksəldilməsi və rəqabət qabiliyyətinin artırılması,üçücüsü işlək rəqabət mexanizmi vasitəsi ilə yerli məhsulların qiymətlərinin optimallaşdırılması və əhalinin əsas hissəsini ödəmə qabiliyyətli tələbi baxımından məhsul alışına əlçatanlığının təmin edilməsi istiqamətlərində əlavə təsirli tədbirlərin görülməsi çox vacibdir.
Görüşdə seçicilərin sualları və qaldırdığı məsələlər ətrafında müzakirələr aparılıb və müraciətlər qeydə alınıb.