Dərc edilib: 14-08-2024

https://www.nuh.az/37961-.html

Əli Məsimlinin seçicilərlə görüşləri davm edir

14.08.2024 20:02:46

Günün sitatı

Avqust ayının 14-də 113 saylı Qax-Şəki seçki dairəsindən VII çağırış Milli Məclisin deputatlığına namizəd Əli Məsimli seçkiqabağı təbliğat-təşviqat kompaniyası çərçivəsində Qax rayonunun Ləkit Kötüklü kəndində yaşayan seçicilərlə görüş keçirmişdir.

Əli Məsimlinin hər bir görüşündə olduğu kimi, bu görüşdə də əvvəlcə Dövlət Himni səsləndirildi, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Əli Məsimli Milli Məclisdəki fəaliyyəti ilə bağlı hesabat xarakterli məlumat verdi və seçiciləri yeni platformasının əsas məqamları ilə tanış etdi. Bildirdi ki, Vətən Müharibəsindəki şanlı qələbədə Azərbaycan xalqının Ali Baş Komandan ətrafında yumruq kimi birləşməsi, Azərbaycan əsgərinin vətənpərvərliyi ilə intelektual müharibənin effektiv kombinasiyası həlledici rol oynadı.
Qeyd etdi ki, işğaldan azad olunmuş ərazilərimizdə müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün çoxşaxəli quruculuq işləri gündən-günə genişlənir. Bu, təkcə ölkəmiz üçün deyil, yaşadığımız regionda dayanıqlı sülh və tərəqqiyə əsaslanan gələcəyin təməl daşı sayıla bilinəcək çox böyük tarixi naliyyətdir.
Sonda Əli Məsimli seçicilərin sual və təkliflərinə münasibət bildirib.  NUH.az  
Bir 15 nəfər və mətn şəkili ola bilər
Bir 7 nəfər və mətn şəkili ola bilər

NUH informasiya agentliyi səhifəsindən çap edilib