Dərc edilib: 13-08-2024

https://www.nuh.az/37950-.html

ATƏT-in Müşahidə Missiyasının rəhbərliyi Azadlıq Partiyasının sədri ilə görüşüb

13.08.2024 11:36:23

Cəmiyyət
ATƏT-in Müşahidə Missiyasının rəhbərliyi Azadlıq Partiyasının sədri ilə görüşüb.
2024-cü il setyabrın 1-də Azərbaycanda keçiriləcək Parlament seçkilərində iştirak edən ATƏT-in Müşahidə Missiyasının rəhbərləri ilə Azadlıq partiyası sədri Əhməd Orucun 2024-cü avqustun 12-də ATƏT-in Bakı ofisində görüşü olub.
2 saatdan artıq davam edən görüşdə Azərbaycandakı parlament seçkiləri, Azərbaycan Avropa münasibətləri, regionda baş verən proseslər, Azadlıq partiyasına təzyiqlər və digər bir sıra məsələlər müzakirə olunub.


NUH informasiya agentliyi səhifəsindən çap edilib