Dərc edilib: 13-08-2024

https://www.nuh.az/37948-.html

82 saylı İmişli-Saatlı Seçki Dairəsindən DEPUTATLIĞA NAMİZƏD

13.08.2024 11:13:43

Günün sitatı

Mən, Məhərrəmli Rəşid Ağamirzə oğlu 15 avqust 1965-ci ildə İmişli rayonunun Sarıxanlı kəndində anadan olmuşam.


 1982-ci ildə həmin kənddə orta məktəbi bitirmişəm və həmin məktəbdə katib işləmişəm. 1983-1985-ci illərdə keçmiş SSRİ-nin Moskva vilayətində hərbi xidmətdə olmuşam. Hərbi xidmətdən qayıtdıqdan sonra 1985-ci ilin avqust ayından Jdanov adına kolxozda kolxozçu olmuşam. 1990-cı ildə Azərticarəttexnika ixtisaslaşdırılmış təmir-quraşdırma kombinatında fəhlə işləmişəm. 1990-cı ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsinə qəbul olunmuşam və qiyabi təhsil almışam.

1990-cı ildən 2000-ci ilədək Azərbaycan Respublikasının Ali Məhkəməsində müxtəlif vəzifələrdə işləmişəm. 2000-ci ildən 2007-ci ilədək Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsində və 2007-2017-ci illərdə isə Gəncə Apellyasiya Məhkəməsində hakim işləmişəm. 2017-ci ildən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüyəm və vəkillik fəaliyyəti ilə məşğulam.

Ailəliyəm, bir qızım var.

 

             RƏŞİD  MƏHƏRRƏMLİ  

NUH informasiya agentliyi səhifəsindən çap edilib