Dərc edilib: 02-08-2024

https://www.nuh.az/37862-.html

Türkiyədə birgünlük matəm elan edildi

02.08.2024 09:06:50

LIVE

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi ilə bağlı birgünlük matəm elan edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ərdoğan “X” hesabında yazıb.

“Fələstinin mübarizəsinə dəstəyimizi və fələstinli qardaşlarımızla həmrəyliyimizi nümayiş etdirmək üçün HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin şəhid olması ilə əlaqədar 1 günlük (2 avqust) milli matəm elan edildi”, - Türkiyə lideri qeyd edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib