Dərc edilib: 31-07-2024

https://www.nuh.az/37839-.html

HƏMAS lideri öldürüldü - Yenilənir

31.07.2024 09:32:47

LIVE

HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə öldürülüb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə hərəkat özü məlumat yayıb. 

Bildirilib ki, ona qarşı sui-qəsd Tehrandakı iqamətgahında baş verib. Hadisə İran Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimindən sonra qeydə alınıb. 

Tasnim Agentliyinin məlumatına əsasən, hücum zamanı daha bir nəfər həlak olub. Həmin şəxsin Haniyənin mühafizəçisi olduğu deyilir. 

***

HƏMAS İsmayıl Haniyənin İsrailin hücumu nəticəsində öldüyünü bəyan edib.

***

“Tasnim” İslam İnqilabı Keşikçiləri Korpusunun bəyanatına istinadən xəbər verir ki, İran hakimiyyəti qətlin hansı şəraitdə baş verdiyini araşdırır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib