Dərc edilib: 26-07-2024

https://www.nuh.az/37784-.html

Aralarındakı səs fərqi 1 %-ə endi

26.07.2024 10:04:33

LIVE

ABŞ-də aparılan sorğuda demokrat prezident Co Baydendən namizədliyi götürən müavini Kamala Harris respublikaçı rəqibi Donald Tramp arasındakı səs fərqini 1 xala salıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 22-24 iyul tarixlərində aparılan milli sorğuda prezident seçkilərində Trampa səs verəcəklərini deyənlərin nisbəti yüzdə 48 olub, Harris isə 1 bal geridə qalaraq 47 faizdə qalıb.

Xatırladaq ki, iyulun 21-də ABŞ-nin hazırkı Prezidenti Cozef Bayden dövlət başçısı postuna yenidən seçilmək istəmədiyini elan edib və vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklədiyini bildirib.

ABŞ-də noyabrın 5-də prezident seçkiləri baş tutacaq. Respublikaçılar partiyası Donald Trampın namizədliyini rəsmi olaraq təsdiq edib. Demokratlar partiyasının namizədi isə avqustda keçiriləcək qurultayda elan ediləcək. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib