Dərc edilib: 14-07-2024

https://www.nuh.az/37710-.html

Tramp mitinq zamanı GÜLLƏLƏNDİ - VİDEO

14.07.2024 09:10:53

LIVE

ABŞ prezidentliyinə namizəd Donald Trampın mitinqi zamanı atəş açılıb.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, hadisə eks-prezidentin Pensilvaniyada keçirilən çıxışı zamanı baş verib. Görüntülərdə atəş səslərinin eşidildiyi, Trampın qulağından zədələndiyi əks olunub.

Sabiq prezidentin sözçüsü Stiven Çun Donald Trampa qarşı uğursuz sui-qəsd cəhdindən sonra vəziyyətinin yaxşı olduğunu açıqlayıb.

Sui-qəsd zamanı mitinq iştirakçılarından bir nəfər həlak olduğu deyilir.

“The Washington Post” nəşrinin məlumatına görə, ona atəş açan şəxs polis tərəfindən zərərsizləşdirilib.

ABŞ-nin hazırki prezidenti Co Bayden Ağ Evin keçmiş rəhbəri Donald Trampla telefon danışığı aparıb. Lakin iki siyasətçinin telefon danışığının təfərrüatları barədə məlumat verilmir.

Hadisənin görüntülərini təqdim edirik:

 

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib