ANA DİLİmizə SEVGİLƏRLƏ! - Qulu Məhərrəmli
Neçə gündür ki, dostlar bizim azleks.az elektron lüğətlərə girişin çətinləşməsindən şikayətlənir. Bildiririk ki, hazırda saytda mobil tədbiqlər yenilənir. Proqramçıların dediyinə görə, bu ay ərzində azleksi Andorid və İOS marketlərdən endirmək mümkün olacaq.
Yeniliklər bunlardır: Saytın dizaynı yenilənəcək, axtarış daha sürətli olacaq. İstifadəçilər axtardıqları sözləri şəxsi səhifələrində yaddaşda saxlayacaq, eyni zamanda sözləri tədbiq içindən dostları ilə paylaşa biləcəklər. Bundan başqa biz elektron toplunun rəhbəri Rafiq İsmayılovla birlikdə məzmun üzərində də intensiv çalışırıq. Lüğətə xeyli yeni alınma sözün yazılışı, deyilişi və izahı əlavə edilib.
ANA DİLİmizə SEVGİLƏRLƏ!
BDU-nun professoru, AZLEKS elektron lüğətlər toplusunun baş redaktoru Qulu Məhərrəmli