Dərc edilib: 07-07-2024

https://www.nuh.az/37599-.html

Ləl-Cəvahirat Fonduna 1992-ci ildə 65 kq təmiz əyarlı qızıl verən Balakən sakini KİMDİR ?

07.07.2024 12:58:38

Cəmiyyət

Ləl-Cəvahirat Fonduna 1992-ci ildə 65 kq təmiz  əyarlı  qızıl verən Balakən sakini KİMDİR ?

 

1992-ci ildə yaradılmış Ləl-Cəvahirat Fondu barədə 30 ildir  müzakirələr, qarşılıqlı ittihamlar  davam edir.

Məlumat üçün qeyd edək ki, mediada gedən və rəsmi şəxslərin dediyinə görə  Fondda 2 -4 ton qızıl olub. Hətta sabiq deputat Fərəc Quliyev 9 ton olduğunu  öz müshibəsində qeyd edir.

Bu qədər qızılın  mənbəyi barədə isə kimlərinsə Fonda verdiyi ÜZÜK, SIRĞA, BOYUNBAĞI  göstərilir.

Axı  üzük, sırğa, boyunbağı ilə nəinki 9 ton, 2-4 ton, heç 1 ton qızıl toplamaq mümkün deyildi.

Mediada  yayılan xəbərlərdə Azərbycan vətəndaşı olan Balakən sakininin 1992-ci ildə Fonda  65 kiloqram yüksək əyarlı  qızıl verdiyi də qeyd olunur.

Görəsən özəl biznesin hələ yaranmadığı 1992-ci ildə Balakən sakinində 65 kiloqram, özü də yüksək əyarlı qızıl haradan idi ?    Və o nə üçün  65 kiloqram qızılı Fonda verib? Ümumiyyətlə, bu vətəndaşın kimliyi dövlət sirridirmi..?

Yazının girişində  qeyd etdiyimiz kimi bu məsələlər 30 ildir müzakirə olunur. Hətta Milli Məclisdə müzakirə zamanı vitse-piker Ziyafət Əsgərov  deyib ki, Fondla bağlı Komissiya yaradılmasını bəyənir.

Amma  bu müzakirələr, qarşılıqlı ittihamlar bitmək bilmir.

Tərəflər  bir-birini  Fondu talamaqda ittiham edir.

NUH.az   saytı  olaraq  bu məsələ üzrə  araşdırmamız davam edir.

Müxtəlif  fikirləri işıqlandırmağa hazırıq.


NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib