Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin hansı sədri SƏLƏMƏ milyonlarla pul verir ?
Azərbaycan hakimiyyətində təmsil olunan məmurların sələmə külli miqdarda pul verməsi barədə ölkə mediasında kifayət qədər yazılıb.
Məsələn, “Bakı Metropoliteni”nin sabiq rəisi Tağı Əhmədovun 2 milyon manat pulunu sələmə verərək qazanc əldə etməsi və sonda sələmə pul götürən şəxslərin FAİZİ gecikdirdiyi üçün həbs olunması barədə çox yazılıb.
NUH.az-ın apardığı araşdırma zamanı bəlli oldu ki, vətəndaşlara sələmə pul verilməsi qeyri-qanunidir, qanunsuz hərəkətdir. Müqavilə əsasında olmadığı halda vətəndaşın bir başqasına faiz qarşılığında, yəni sələmə pul verməsi qanunsuz əməldir.
Həm də sələmə pul verən şəxs özü də əldə etdiyi gəlirin miqdarına uyğun olaraq vergi ödəməlidir. Yəni sələmə pul verən şəxs, külli miqdarda vergidən yayınır.
Digər tərəfdən, “Gəlir deklarasiyası haqqında” qanuna görə, vəzifəli şəxslər ildə bir dəfə öz gəlirləri barədə məlumat verməli və vergi ödəməlidilər. Məmurda milyonlar haradandır ?
Ümumiyyətlə, ölkə qanunvericiliyi sələmi niyə hüquqi cəhətdən tənzimləmir ?
Əgər ölkə qanunvericiliyində "sələm maddəsi" yoxdursa, Bakı Ağır Cinayətlər Məhkəməsi Tağı Əhmədovdan sələmə pul götürənləri necə ittiham edə bilər ? Hansı maddə ilə ?
Sonda onu da qeyd edək ki, sələmə pul vermək məsələsində Tağı Əhmədov tək deyil.
NUH.az-a daxil olan məlumata görə, xeyli sayda məmur, köhnə və təzə nazir, komitə sədrləri, icra başçıları sələmə pul verərək külli miqdarda gəlir əldə edirlər.
Həmin şəxslərin kimliyi barədə araşdırmamız davam edir.
Və redaksiyamıza daxil olan məlumata görə, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sabiq sədrlərindən biri neçə ildir hər ay SƏLƏMƏ 3 milyon pul verir. Sabiq sədrlə bağlı araşdırmamız davam edir.
NUH.az