Dərc edilib: 22-06-2024

https://www.nuh.az/37418-.html

Bir azca yağış yağan kimi Bakını SEL BASIR...MƏMUR FƏLAKƏTİ

22.06.2024 19:22:14

Hadisə

Bir də görürsən bir balaca yağış yağan kimi Bakını su basır, şəhər az qala selin içərisində üzür. Adamlar isə küçədə axan çirkab suların içi ilə kenquru kimi hoppana-hoppana, tullan-tullana gedirlər.

Axşam isə təbliğat maşını olan telekanallarımız məcburiyyət qarşısında “üzən Bakı”nı gösərən kimi ardınca tez-tələsik... NUH-un tufanından, Avropanı, Amerikanı, xristian dünyasını bürüyən seldən, daşqından, bir sözlə, “Qiyamət günü”ndən fraqmentlər göstərməklə sanki əhaliyə demək istəyirlər ki, başqalarına baxanda biz toya getməliyik, bizim vəziyyətimizə min şükür.
Bu, çox ucuz və bayağı, həm də faydasız bir yoldur. Düzdür, şükranlıq yaxşı şeydir, ancaq...
Birincisi, dünyanı bürüyən təbii fəlakətlə bizim ölkəmizi bürüyən məmur fəlakətini müqayisə etmək hansı məntiqə söykənir?
Hansı məmursa tamahı, ya da ağılsızlığı, səriştəsizliyi ucbatından kanalizasiya lüklərinin ağzını bağlayıbsa və bir az yağış yağan kimi axmağa yer tapmayan su paytaxtı basırsa bunun təbii fəlakətə, daşqına, zəlzələyə, sunamiyə nə dəxli?
Həm də təbii fəlakət, zəlzələ 3-4 dəqiqə, ən çoxu 5-10 gün çəkir, məmur fəlakəti isə bitib tükənmək bilmir, hər gün ölkəni silkələyir.
Bəli, məmur fəlakəti ölkəmizi  silkələyir. Biz isə "Müstəqilliyimiz geridönməzdur"   deyib xumarlanırıq.
NUH.az-ın baş  redaktoru Kamran Məhərrəmli 

NUH informasiya agentliyi səhifəsindən çap edilib