Vəsf zamanı deyil, Mikayıl İsmayılov…
Vəsf zamanı deyil, Mikayıl İsmayılov…
Xeyli sayda ailəyə sahiblik edən Mikayıl İsmayılov nə üçün körpə NİL-ə sahib çıxmır..?
Bir neçə gün öncə SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun doğum günü idi. Məlumat üçün qeyd edək ki, Mikayıl İsmayılov 9 iyun 1964-cü ildə Ağsu rayonunda anadan olub. Əlbəttə, hər bir adamın doğum günü onun ailəsi, doğmaları üçün əziz gündür. Amma…
Əmması odur ki, Mikayıl İsmayılovun ad günündə sosial mediada onun barəsində yazılmış bir şeirə, əslində cızma-qaraya rast gəldik.
Onu oxuculara təqdim edirik:
HƏR GÜN DARIXACAQ EL SƏNDƏN ÖTRÜ
Nə qədər adını vəsf etsə qələm,
Yenə də az olar, bil, SƏNDƏN ötrü.
Sən gələn yollara min naxış vurar,
Yollara səpilib gül, Səndən ötrü.
****
Qurub yaratmaqdır arzun, diləyin,
Dərd-bəla görməsin böyük ürəyin.
Gör, neçə ailəyə dəyib köməyin,
Min tərif söyləyir, dil səndən ötrü.
*****
Vaqifəm, dağlara duman gələcək,
Yaxşılar gedəcək, yaman gələcək.
Eloğlu, deyirəm, zaman gələcək,
Hər gün darıxacaq el, Səndən ötrü.
Birincisi, Mikayıl müəllimə məşhur “Nəsimi” filmindəki bir epizodu xatırlatmaq istəyirik. Şair deyir ki, “Vəsf zamanı deyil, afət “.
Bəli, Mikayıl müəllim, vəsf zamanı deyil. Heç 44 günə Qarabağı azad edən, 200 illik problem həll edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev özünü təriflətmir. Sizin bu xalq qarşısında hansı xidmətiniz var..?
İkincisi, şeirdə sizin neçə-neçə ailəyə köməyinizdən, dəstəyinizdən bəhs olunur. Yəni siz Mikayıl İsmayılov neçə-neçə ailəyə himayədarlıq etmisiniz, sahib çıxmısınız.
Mikayıl İsmayılov, əgər siz bu qədər ailəyə sahib çıxmısınızsa, sizi öz dogma babası hesab edən körpə Nil balaya niyə sahib çıxmırsınız…?
Mikayıl İsmayılov, nəinki Nilə sahib çıxmırsınız, ona və anası Fidan Abbasovaya cəhənnəm əzabı yaşadırsınız.
Yəqin söhbətin nədən getdiyini gözəl bilirsiniz. Bu barədə bütün ölkə mətbuatı yazır. Ki, sizin oğlunuz Orxan İsmayılzadə uzun illər birgə ailə kimi yaşadığı, hətta NİL adlı qızlarının olduğu halda atalıqdan imtina edir, Nilin guya onun övladı olmadığını bildirir. Ana-balaya hədə-qorxu gəlirsiniz, məhkəməyə verirsiniz.
Ulu Öndər Heydər Əliyevin qurduğu, Müzəffər Ali Baş Komandan İlham Əliyein 20 ildən çoxdur idarə etdiyi Azərbaycan Respublikası sivil, hüquqi dövlətdir. Burada kiməsə hədə-qorxu gəlmək, kimisə hədələmək, məhkəməni satın almaq mümkün deyil. Gec-tez haqq-ədalət öz yerini tapacaq.
Mübahisələrin çözüldüyü yer məhkəmədir. Nilin anası sizdən və oğlunuzdan heç nə istəmir. Sadəcə, məhkəmənin qərarı ilə DNT testindən keçmək və uşağın kimin övladı olduğunu sübut etməkdir. Siz niyə bu məsələdən qaçırsınız..?
Gedib oğlunuza Xəzər klinikasından “kişilik və spermatazoid” analizi ilə bağlı sizə yaraşmayan analiz arayışı almısınız. ( Bu başqa bir yazının mövzusudur, yazarıq ).
Cənab Mikayıl İmayılov ! Biz də sizin ad gününüzü təbrik edirik. Və deyirik ki, nə qədər gec deyil, o körpə uşağa, balaca NİL balaya sahib çıxın.
Onsuz da həqiqət gec-tez ortaya çıxacaq.