Vəkil Adəm Məmmədov Fidan Abbasovanı məhkəməyə verdi - 50 min təzminat...
SOKAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun keçmiş gəlini, təkuşaqlı ana Fidan Abbasova qızı Nilin atası Orxan İsmayılzadədən DNT testindən keçməyi tələb edir...
NUH.az-a daxil olan məlumata görə, vəkil Adəm Məmmədov keçmiş müvəkkili Fidan Abbasova barəsində Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinə müraciət edib.
Qısa məlumat üçün qeyd edək ki, Fidan Abbasova SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə ilə birgə uzun müddət yaşayıblar və onların NİL adlı qızları var. Amma Orxan İsmayılzadə atalıqdan imtina edir və Nilin onun qızı olmadığını bildirir. Belə olan halda qarşı tərəf, yəni Nilin anası Fidan Abbasova məhkəməyə müraciət edərək Orxan İsmayılzadənin DNT testindən keçməsini tələb edir. Və 2017-ci ildə Sabunçu Rayon Məhkəməsində keçirilən məhkəmə prosesində Adəm Məmmədov Fidan Abbasovanın vəkili olub.
Amma Fidan Abbasova öz vəkilindən narazı qalıb və bunu müxtəlif saytlara açıqlmasında qeyd edib.
Fidan Abbasovanın bu açıqlamaları vəkil Adəm Məmmədovun narazılığına səbəb olub. Və buna görə Adəm Məmmədov “Şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi, dəyən mənəvi zərəri ödənilməsi” iddiası ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək qarşı tərəfdən 50 min manat təzminat tələb edir.
Redaksiyadan: Orxan Mikayıl oğlu İsmayılzadə nə üçün DNT testindən keçmək istəmir? Bu sualı hüquq-mühafizə orqanlarına, nəhkəmə hakimlərinə, hüquq müdafiəçilərinə, hətta hörmətli vəkil Adəm Məmmədova ünvanlayırıq.
NUH.az