Dərc edilib: 10-06-2024

https://www.nuh.az/37353-.html

Abel Məhərrəmovun adı keçən torpaq qalmaqalı ilə bağlı məhkəmə niyə təxirə salınıb?

10.06.2024 22:50:13

Cəmiyyət

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru Abel Məhərrəmovun adı hallan torpaq qalmaqalı ilə bağlı növbəti məhkəmə prosesi baş tutmayıb. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, prosesin baş tutmaması hakimlərin işə çıxmaması ilə bağlı olub. Bu baxımdan, iclas iyunun 24-nə təxirə salınıb. 
Məlumat üçün deyək ki, iş hazırda apellyasiya mərhələsindədir. Apellyasiya şikayətini iddiaçı Nazim Əmirov verib. Onun şikayətinə hakim Fuad Məmmədovun sədrliyi ilə baxılır. 
Nazim Əmirov ehtiyatda olan polkovnik-leytenantdır. Polkovnik-leytenantın iddiasına görə, Abel Məhərrəmov ona məxsus torpaq sahəsini ələ keçirib. Nazim Əmirov iddia etdiyi ərazi keçmiş rektorun xanımı Rəhimə Mahmudovanın adına rəsmiləşdirildiyi üçün polkovnik-leytenant onu da məhkəməyə verib. 
Birinci instansiya məhkəməsi Nazim Əmirovun iddiasını təmin etməyib. Bu baxımdan, o, apellyasiya şikayəti verib. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib