Dərc edilib: 10-06-2024

https://www.nuh.az/37352-.html

İlham Əliyev Türkiyəyə getdi - Fotolar

10.06.2024 22:37:32

Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 10-da Türkiyə  Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya işgüzar səfərə gedib.

 
 

“Qafqazinfo” xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Ankaranın Esenboğa Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və digər rəsmi şəxslər qarşılayıblar.

 








NUH informasiya agentliyi səhifəsindən çap edilib