Dərc edilib: 09-06-2024

https://www.nuh.az/37346-.html

DSX-nin 2 hərbi qulluqçusunu ildırım vuraraq öldürüb

09.06.2024 13:18:15

Cəmiyyət

Dövlət Sərhəd Xidmətinin iki hərbi qulluqçusu ildırım vurması nəticəsində vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə qurumun teleqram kanalında bildirilib.

“İyun ayının 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat etmişlər. Faktla bağlı araşdırma aparılır. Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir. Allah rəhmət eləsin!”, – məlumatda qeyd olunub.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib