Dərc edilib: 31-05-2024

https://www.nuh.az/37322-.html

Bakıda 139, Tbilisidə 200 ambulans fəaliyyət göstərir...

31.05.2024 16:41:08

LIVE

“Bakıda 139 ambulans fəaliyyət göstərir. Paytaxtda rəsmi olaraq 2,5 milyona yaxın insanın qeydiyyatda olduğunu nəzərə alsaq, 18 min nəfərə 1 ambulans düşür. Onlar da yollardakı tıxaclardan hərəkət edə bilmir”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Zahid Oruc Milli Məclisin plenar iclasında bildirib.

Millət vəkili vurğulayıb ki, Bakıda qeyri-rəsmi olaraq yaşayanları da əlavə etsək, vəziyyəti təsəvvürə gətirmək çətin deyil: “Əhalisi 1,2 milyon nəfər olan Tbilisidə isə təcili yardım maşınlarının sayı 200-ə yaxındır”

NUH informasiya agentliyi səhifəsindən çap edilib