Dərc edilib: 04-05-2024

https://www.nuh.az/37193-.html

Tanışının qulağını dişlədi - Həbs olundu

04.05.2024 13:39:37

LIVE

Kürdəmirdə uşağını təhqir etdiyinə görə tanışının qulağını dişləyən şəxs həbs edilib.

Qaynarinfo-nun məlumatına görə, hadisə Kürdəmir rayonu Kürdəmir rayonu Babək, küçəsində baş verib. 
Belə ki, rayonun Atakişili kəndindən olan 1973-cü il təvəllüdlü Sabir Qocayev (soyad şərti) bir müddət əvvəl tanışı, zərərçəkmiş Murad Mənsimov uşağını təhqir etdiyini eşitdiyindən sərxoş halda məsələyə aydınlıq gətirmək üçün onun yanına gedib. Aralarında gedən söhbət əsnasında Murad Mənsimovla mübahisələri düşüb və əsəbləşərək onun qulağını dişləyib. 
Murad Mənsimov Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aprılıb və tibbi müdafilə edilib. Sabir Qocayev saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilərək, iş məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Sabir Qocayevə 6 gün müddətində həbs tənbeh tədbiri seçilib. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib