O an hiss etdim ki, atamı heç vaxt görməyəcəyəm - Əzizə Mustafazadə
Xalq artisti Əzizə Mustafazadə atası, əfsanəvi caz ifaçısı Vaqif Mustafazadə ilə bağlı paylaşım edib.
Qaynarinfo xəbər verir ki, o, atasının vəfatının 44-cü ildönümü olduğunu vurğulayıb. Ə.Mustafazadə atası ilə son danışığını belə xatırlayır:
16 dekabr 1979-cu il... Vaqifsiz 44 il. Zaman sağaltmır... Atamla sonuncu dəfə 1979-cu ilin dekabrın 15-də danışdığımı xatırlayıram. Söz verdi ki, ad günümdə (19 dekabr - red.) gələcək. Amma inanmadım. Hələ səfərdən əvvəl, güzgü sınanda hiss etdim ki, atamı heç vaxt görməyəcəyəm...”
