Azadlıq Partiyası Prezident seçkilərində iştirak edəcək
Partiyadan verilən məlumata görə 13 dekabr 2023-cü ildə Azadlıq Pariyası Mərkəzi İcraiyyə Komitəsinin növbədənkənar yığıncağı keçirilib.
Yığıncaqda 7 fevral 2024-cü ilə təyin olumuş Prezident Seçkilərinə Azadlıq Partiyasının iştirakı müzakirə olunub. Müzakirələrdə hakimiyyətin heç bir ciddi əsas gətirmədən növbədənkənar seçkilər keçirməsinin doğru olmadığı, cəmyyətin və alternativlərin bu seçkiyə hazır olmadığı qeyd olunub. Hakimiyyətin inzibati resursları, seçki komissiyalarının hakimiyyətin nəzarətində olması, təbliğat və maddi imkanların bərabərsizliyi, vaxt məhdudiyyəti nəzərə alındıqda hakimiyyətin namizədinin digər namizədlərlə imkan bərabərliy prinsipinin pozulduğunu göstərdiyi bildirilib.
Uzun illər müxalifətin bir araya gəlməməsi, bu seçkilərdə iştirakın birgə müzakirəsinin keçirilmədiyi və vahid namizədlə iştirakın mümkün görünmədiyi xüsusi olaraq qeyd edilib.
Bütün bunlarla yanaşı seçkilərdə iştirak etməməyin partiyaya və cəmiyyətimizə müsbət heç nə vermədiyi, yekunda avtoritarizmin güclənməsinə xidmət edəcəyi bildirilib və Azadlıq Partiyasının 7 feral 2024-cü il prezident seçkilərində iştirakı barədə qərar verilib.