Dərc edilib: 04-12-2023

https://www.nuh.az/35734-.html

Nazir bu agentliyə yeni sədr təyin etdi (FOTO)

04.12.2023 11:09:48

LIVE

Təhsil Nazirliyində növbəti kadr təyinatı olub. Manset.az-ın əldə etdiyi məlumata görə, nazir Emin Əmrullayevin müvafiq əmri ilə Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov tutduğu vəzifəsindən azad olunub. Digər əmrlə o, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri təyin edilib. Məlumat qurumdan təsdiq edilib. Qeyd edək ki, Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsinə hələki təyinat yoxdur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib