Dərc edilib: 28-09-2023

https://www.nuh.az/35434-.html

David Babayan Azərbaycana KÖNÜLLÜ təslim olur

28.09.2023 10:56:12

LIVE

Xankəndidə separatçıların “rəhbəri”nin müşaviri David Babayan könüllü olaraq Azərbaycana təslim olacağını bildirib.


“Qafqazinfo” xəbər verir ki, Babayan bu barədə öz feysbuk hesabında paylaşım edib. 

“Hamınız bilirsiniz ki, Azərbaycanın qara siyahısına salınmışam və Azərbaycan tərəfi müvafiq araşdırma həyata keçirilməsi üçün mənim Bakıya gəlməyimi tələb edib. Bu gün Xankəndidən Şuşaya getmək qərarına gəldim”, - deyə o qeyd edib.

Xatırladaq ki, ötən gün “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycandan Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb. O, DSX-nin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib. Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib