Dərc edilib: 26-09-2023

https://www.nuh.az/35421-.html

Sakinlər uçurumdakı məktəblə bağlı FHN-ə müraciət etdilər...

26.09.2023 13:40:22

Hadisə

Azərbaycan  Respublikası  Elm və Təhsil Nazirliyi  Şərqi Zəngəzur Regional Təhsil İdarəsi  Laçın rayon Badamdar ümumi orta məktəbinin təhlükə mənbəyi olması ilə bağlı

Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Topçubaşov küçəsi, 159 saylı fərdi evdə daimi yaşayan, Zahirov Nadir Şərif oğlu (Ş/v Seriya № AA2036951, FİN: 5ZQTDKQ) və Zahirova Zəminə Ağadadaş qızı (Ş/v Seriya № AA2145284 )

 

Fövqəladə Hallar Naziri, general-polkovnik Kəmaləddin Heydərova müraciət ediblər.

 

Cənab Nazir !

Yaşadığımız Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi onsuz da sürüşmə zonasıdır. Buna baxmayaraq  bir neçə il əvvəl bu ərazidə, həm də uçurumun düz  üstündə tələm-tələsik  Laçın rayonu Badamdar ümumi orta məktəbi üçün bina  tikilib  istifadəyə verildi.

Həm şagird-müəllim kollektivi, həm də ətrafdakı  sakinlər üçün təhlükəli olan bu bina qanunsuz olaraq, heç bir rəsmi icazə olmadan tikilib.

Bundan əlavə  məktəbin kanalizasiya  sistemi yoxdur, tullantı və çirkab suları   kustar üsulla  torpağa və bizim həyətimizə axıdılır.

Torpağa  axıdılan  bu çirkab suları gec-tez fəlakətə səbəb ola bilər.

Cənab Nazir!

Sakinlər adından Sizdən artıq dərəcədə  xahiş edirik ki, bizim və uşaqlarımızın, eyni zamanda şagirdlərin təhlükəsiz  yaşamasına kömək edəsiniz.

Dərin hörmətlə,

1.    Zahirov Nadir Şərif oğlu    

2.    Zahirova Zəminə Ağadadaş qızı

Əvvəlcədən  təşəkkür edirik.

NUH informasiya agentliyi səhifəsindən çap edilib