Surət Hüseynov dəfn olundu - Fotolar
Surət Hüseynovun nəşi gecə saatlarında Türkiyədən Bakıya gətirilib.
“Qafqazinfo” xəbər verir ki, hazırda onun cənazəsi Gəncəyə yola salınır.
Mərhumla vida mərasimi şəhərin İsmət Qayıbov küçəsində yerləşən evində keçiriləcək.
***
Keçmiş baş nazirlə yaşadığı evdə vida mərasimi keçirilib. Hazırda son mənzilə yola salınır.
***
Surət Hüseynov Gəncə şəhərindəki 4 saylı qəbiristanlıqda, valideynlərinin məzarı yanında torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumun yaxınları və ictimaiyyət nümayəndələri iştirak edib.
Yunis Quliyev








