Dərc edilib: 01-08-2023

https://www.nuh.az/35018-.html

Məşhur şahmatçı Bakıda qaldığı hoteldən şikayətləndi - “Su gəlmir”

01.08.2023 15:51:53

LIVE

ABŞ-ni təmsil edən yaponiyalı məşhur şahmatçı Hikaru Nakamura Bakıda qaldığı hoteldən şikayətlənib. 


“Qafqazinfo” xəbər verir ki, o bu barədə öz tviter hesabında paylaşım edib.

Şahmatçıların reytinq sıralamasında ikinci olan qrossmeyster dünya kuboku üçün paytaxtımızda məskunlaşdığı hoteldə su olmadığını bildirib:

“Artıq dünya kuboku üçün Bakıya gəlmişəm. Lakin qaldığım otelin hamam otağında su gəlmir. Yaxşı başlanğıcdır”.

İdmançı otelin adını qeyd etməsə də, əldə etdiyimiz məlumata görə, yaponiyalı şahmatçı “Baku Marriott Boulevard”da qalır.

Qeyd edək ki, Bakıda keçirilən dünya kuboku avqustun 24-nə qədər davam edəcək.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib