Rauf Arifoğlunun yazısı...Elçibəy 30 il öncə... VİDEO və FOTOLAR
Bakıdan Kələkiyə gedən Elçibəyin ardınca biz də getdik. Bir "M - 3000" video-kameram vardı. Onunla Kələkidən 3 saatlıq çəkilişlərim var.
"Yeni Müsavat" qəzetinin baş redaktoru olaraq Elçibəydən geniş video müsahibə də almışam. İndi çoxlarının "sirr" dediyi, "özü ilə apardı" dediyi məsələlərin, səbəblərin bir çoxunu Kələkidə isti-isti mənə açıqlayıb. Üstünə bir yəhudi fıkrası da söyləyib...

Həmin zaman və bir də 2007-ci ilin avqust ayında....
Bəli, sonrakı dönəmlərdə də Kələkidə oldum, söhbət etdim; müsahibə aldım dəyərli və unudulmaz Elçibəydən. Güney Azərbaycanla bağlı, Əli Kərimli, Asim Mollazadə, İsa Qəmbərlə bağlı özəl təlimatlar verdi...
Fotoda soldan sağa: Nəcəf Nəcəfov, Əli Kərimli, Fərəc Quliyev,Asim Mollazadə, Cəmil Həsənli
Onun yanında keçirilən xüsusi toplantıları da kameramla çəkmişəm. Mərhum Nəcəf Nəcəfov, Əli Kərimli, Asim Mollazadə, Fərəc Quliyev, Cəmil Həsənli, Oqtay Qasımov, Çingiz Göytürk və digər məşhur personajlar düz 30 il öncə Kələkidə, hələ o zaman prezident səlahiyyətlərini özündə daşıyan Elçibəyin yanında iclas edir, danışır, çıxış yolları arayır, mübahisə edirlər...