Dərc edilib: 10-11-2022

https://www.nuh.az/32623-.html

Fransa Azərbaycana yeni səfir təyin etdi

10.11.2022 13:37:01

Maraqlı

Fransa Azərbaycana yeni səfir təyin edib.

“Qafqazinfo” Fransa mediasına istinadən xəbər verir ki, ölkə Prezidenti Emmanuel Makron bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Anne Boillon Fransanın ölkəmizdəki yeni səfiri təyin olunub.

O, bu vəzifədə Zakari Qrossu əvəz edəcək.

Boillon bu vəzifədən əvvəl Fransanın Avstraliyanın Sidney şəhərindəki baş konsulu olaraq çalışıb.

Xatırladaq ki, Z.Qross 2019-cu ildən Fransanın Azərbaycandakı səfiri vəzifəsində çalışıb. Onun Azərbaycandakı diplomatik missiyası bu ilin sentyabrında başa çatıb.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib