Hüseynbala Mirələmovun restoranında ölüm
Bakıda istirahət mərkəzində ölüm hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, Səbail rayonu Şıx qəsəbəsi, Salyan yolunda yerləşən “Min bir gecə” istirahət mərkəzində 1976-cı il təvəllüdlü Renat Səttarov qəfil vəfat edib. Onun ürəyində yaranmış problem səbəbindən dünyasını dəyişdiyi bildirilib.
Vəfat edən şəxs uzun illər Rusiyada biznes fəaliyyəti ilə məşğul olub və 2 il əvvəl Bakıya köçüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Hadisənin baş verdiyi “Min bir gecə” istirahət mərkəzi sabiq deputat Hüseynbala Mirələmova məxsusdur.
Qeyd edək ki, hadisə barədə ilk xəbəri Lent.az yayıb.



