Deputatdan oğlu ilə bağlı paylaşım - Foto
Milli Məclisin deputatı Fazil Mustafanın oğlu Ərturan məzun olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə millət vəkili öz feysbuk səhifəsində yazıb.
“UNEC-dən (İqtisad Universiteti-red.) məzun oldu və üstəlik də magistraturaya qəbul oldu Ərturan bəy! Allah bütün valideynlərə belə sevinc bəxş etsin!”, - deyə deputat bildirib.
Fazil Mustafa eyni zamanda oğlu və UNEC-in rektoru Ədalət Muradovla birgə çəkilən fotolarını da paylaşıb.
