Dərc edilib: 04-12-2021

https://www.nuh.az/30692-.html

Lafargenin Azərbaycandakı törəməsi Holcimə YOX deyək !

04.12.2021 10:39:48

Cəmiyyət

İŞİD və PKK terror təşkilatlarını  maliyyələşdirən Fransanın "Lafarge"  sement şirkətinin Azərbaycandakı törəməsi "Holcim"ə  YOX  deyək. 

 

Bir  il  əvvəl,  daha dəqiq desək, 16 noyabr  2020-ci il tarixdə Holcim ASC-də ( keçmiş Qaradağ  sement zavodu )  baş  verən qanun pozuntuları, vergidən yayınma, gəlirlərin gizlədilməsi, zavodun guya rentabelli olmaması səbəbi ilə səhmdarlara  dividentlərin verilməməsi, vaxtı keçmiş sement  məhsullarının satışı, zavodun ozmankı direktoru  fransız  Frederik Guimbalın bahalı eyş-işrət məclisləri  və digər qanunsuz hallarla  bağlı NUH.az   saytı  olaraq  məlumat vermişdik.

Məlumat üçün  qeyd edək ki, 1950-ci ildən fəaliyyət göstərən məşhur Qaradağ sement zavodu 2010-cu ildə Holcim Azərbaycan ASC-yə  çevrilib.

“Holcim-Azərbaycan” ASC-nin nizamnamə kapitalının 90.2%-i   məşhur   “LAFARGE Holcim” qrupuna, 9,8%-i yerli səhmdarlara, yəni zavodun keçmiş işçilərinə məxsudur.

Ötənilki  araşdırma yazısında onu da qeyd etmişdik ki, ermənipərəst Makronun mənfur siyasətini Azərbaycanda davam etdirən, xalqımıza nifrət edən fransız direktor Frderik  Guimbal  Zəfər bayramı günü sement zavodunun həyətində dalğalanan Azərbaycan və  Türkiyə bayraqlarının endirilməsini tələb edib. Hətta Zəfər bayramı ilə bağlı Guimbala söz verilsə də, o xalqımızı təbrik etməkdən imtina edib.

Görəsən, Azərbaycanda milyonlar qazanan fransız Guimbalın xalqımıza  nifrətinin kökündə nə dayanır ?

Yuxarıda qeyd etdik ki, zavodun  nizamnamə kapitalının 90.2  faizi  “LAFARGE-Holcim”ə məxsusdur.

Yəqin ki, LAFARGE  adı artıq hamıya, hətta dünyaya məlumdur.

 Bir ay öncə  Türkiyənin  “TRT World” telekanalının təqdim etdiyi sənədli filmdən bəlli oldu ki, Fransanın nəhəng “Lafarge”  sement şirkəti  İŞİD və PKK terror təşkilatlarını maliyyələşdirib. “Lafarge”nin  sementi ilə  İŞİD  və PKK güclü sığınacaqlar, bunkerlər, istehkamlar  və tunellər inşa edib.

İndi görək,  terror təşkilatlarını maliyyələşdirən  “Lafarge”  sement  şirkətinin  Azərbaycandakı törəməsi “Holcim”də nələr baş verir.

Yuxarıda  qeyd etdiyimiz  kimi, ötən il Zəfər bayramında “Holcim-Azərbaycan”in  direktoru fransız  Frederik Guimbalın xalqımızı təbrikdən imtina etməsi, üstəlik  Azərbaycan və Türkiyə bayraqlarının endirilməsini tələb etməsi təsadüfi deyildi. 

Biz  bunu  1 il əvvəl yazmışdıq. 

Əziz həmvətənlər !

İndi gördünüzmü, Guimbal kimilər gəlib ölkəmizdə oturub milyonlar qazanır və ermənipərəst  siyasət yeridir, xalqımıza nifrət edirlər.

“Lafarge”nin törəməsi olan “Holcim-Azərbaycan”da çalışan Guimbal kimilər bu gün də öz çirkin əməllərindən qalmır.

Belə ki, Vətən müharibəsindəki  qələbədən sonra cənab Prezidentin işğaldan azad olunmuş rayonlarda  yenidənqurma və bərpa işlərinin sürətlə aparılmasına  qarşı olaraq  “Lafarge”nin törəməsi  olan  “Holcim-Azərbaycan”ın  istehsal xərclərində  heç bir dəyişiklik  olmadan sement məhsullarının  qiymətini  süni artırması buna bir daha əyani sübutdur.

2021-ci ilin 1-ci rübündə  Holcim ASC-nin  istehsal etdiyi  “Optimal”, “Spesial” və “Sprint”  sement  növlərinin bazarda qiyməti  əvvəlki dövrlə müqayisədə  145 AZN-dən 165  AZN-ə qaldırılmışdır.

Aşağıdakı cədvəldə  qeyd olunan  qiymət artımını  aydın şəkildə görmək olar. 

 

------------------------------------------------------------------------------------------------------------------------------------------------

Sement növü      ! Ölçü vahidi  ! 2020-ci il ərzində AZN  !  2021-ci ilin İ rübü AZN  ! 2021-ci il IV rübü  AZN   

---------------------------------------------------------------------------------------------------------------------------------------------

Optimal M300     !   ton           !  135 ( ƏDV daxil )       !   155  ( ƏDV daxil )        !  165 ( ƏDV daxil )            

---------------------------------------------------------------------------------------------------------------------------------------------

Spesial  M400     !   ton           !  145  ( ƏDV daxil )      !    165  ( ƏDV daxil )       !   175 ( ƏDV daxil )           

----------------------------------------------------------------------------------------------------------------------------------------------

Spirint  M500      !   ton           !  150  ( ƏDV daxil )      !    170  ( ƏDV daxl )        !   180 (ƏDV daxil  )          

-------------------------------------------------------------------------------------------------------------------------------------------------

Yuxarıdakı cədvəldən açıq şəkildə görmək olur ki, Holcim ASC  il ərzində 2 dəfə qiymət artımına  getməklə cənab Prezidentimizin  apardığı abadlıq, quruculuq və bərpa   işlərinə süni maneələr yaradaraq, inkişafımızı ləngitmək və ermənipərəst  siyasətini davam  etdirməkdədir.

Əziz  həmvətənlər ! 

Holcim ASC-nin Azərbaycanın sement istehsalında  və satışnda  payının  60 %-dən çox  olduğunu nəzərə alsaq  qiymətlərin  bu cür  süni  şişirdilməsi  hər bir vətəndaşın  həyatına  neqativ  formada təsir edib.  

Buradan İtisadiyyat naziri hörmətli  Mikayıl Cabbarova müraciət edərək  “Holcim”də  baş verən  süni  qiymət artımlarının obyektiv  araşdırılmasını və səbəbkarların cəzalandırılmasını xahiş edirik. 

Əminik ki,  Azərbaycan xalqı cənab Prezidentin rəhbərliyi altında  azad olunmuş  torpaqlarımızda bərpa  və quruculuq işlərini  tezliklə  başa çatdıracaq. 

P.S. "Holcim"in istehsal etdiyi  sementlər ermənilərə ucuz qiymətə necə ötürülür ?

NUH.az  saytı növbəti yazıda bu məsələyə aydınlıq gətirəcək. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib