Qorbaçov, Yüzbaşyan və Melkonyanın Qarabağ cinayətləri
"Qorbaçov həm Azərbaycan, həm də Ermənistan tərəfi üçün Qarabağ münaqişəsində eyni məsuliyyət daşıyır. Amma Cənubi Qafqazı, ardınca SSRİ-ni partladan əsas detonator erməni millətçiliyidir".
Bu fikirləri rusiyalı politoloq İqor Korotçenko özünün "Facebook" hesabında yazıb.
Onun fikrincə, ermənilərin Azərbaycana qarşı ideoloji ərazi iddiaları Zori Balayanın "Ocaq" kitabı ilə sənədləşdirilib:
"Təəssüf ki, bu kitab sovet erməniləri arasında geniş yayıldı və sonrakı "Qarabağ" komitəsi, "Krunk" birliyinin yaranmasına səbəb oldu.
1986-cı ildən etibarən "Daşnaksütyun" və "ASALA" kanalları ilə Ermənistana Yaxın Şərqdən silahlar ötürülməyə başladı. Yüzbaşyanın başçılığı ilə Ermənistanın dövlət təhlükəsizlik komitəsi bütün bunlara göz yumur, açıq danışsaq, mane olmurdu. SSRİ DTK-nın göstərişinə rəğmən məhz Ermənistan DTK-sı 1990-cı ildə Sovet İttifaqına irland pasportu ilə gələn beynəlxalq terrorçu Monte Melkonyanı həbs etmədi.
Terrorçu hökumətin nəzarətinə götürülərək silahlı birləşmələrlə Qarabağın dağlıq hissəsinə göndərildi".//Bizim.Media
