Rotşild infarktdan öldü - 175 mlrd.dollar onu...
Rotşildlər sülaləsinin 57 yaşlı nümayəndəsi, fransalı bankir Baron Benjamin de Rotşild cümə günü İsveçrədə vəfat edib.

Moderator.az xəbər verir ki, bu haqda “Forbes” nəşri məlumat yayıb.
Rotşildin ölüm səbəbinin infarkt olduğu bildirilir.
Benjamin de Rotşild özəl bankçılıq və aktivlərin idarə olunması üzrə ixtisaslaşmış “Edmond de Rotşild” Qrupuna rəhbərlik edib. O, Rotşildlər sülaləsinin Fransız qolundan olan Edmond və Nadine de Rotşildin oğludur. Bəhs edilən qrupu da 1953-cü ildə məhz Edmond de Rotşild qurub. Onun ölümündən sonra - 1997-ci ildən isə şirkətə oğlu Benjamin rəhbərlik edib.
“Forbes USA” qeyd edir ki, holdinq Fransa və İsveçrə bankları ilə yanaşı, restoran və otellər də daxil olmaqla 175 milyard dollardan çox dəyəri olan aktivləri idarə edir.
Sultan Laçın