Dərc edilib: 19-07-2020

https://www.nuh.az/25112-.html

General Yaşar Aydəmirov: » Polad Həşimovu satıblar» -VİDEO

19.07.2020 20:30:43

Cəmiyyət

“General Polad Həşimovun həlak olması səbəbini araşdırılacaq. Ali Baş komandan bu məsələni elə-belə qoymayacaq”.



Sabiq korpus komandiri, general-leytenant Yaşar Aydəmirov LAF TV-yə müsahibəsində bu sözləri deyib.


Y. Aydəmirov generalın həlak olması ətrafında gedən bəzi müzakirələrə toxunub. O, bildirib ki, erməni ordusu general Polad Həşimovun hərəkət trayektoriyasını izləyə bilməzdi: “Ermənilərdə belə dəqiq silahlar yoxdur. Kənardan onlara yardım edilib. General daim qərargahda oturmur. O daima hərkətdə olur”.


Bununla yanaşı Y.Aydəmirov deyib ki, P. Həşimovun harda zərbəyə tuş gəlməsi hələ rəsmi açıqlanmayıb: “Mən bilirəm harda olub. Amma Müdafiə Nazirliyi rəsmi açıqlama verməyib”.


Generalın sözlərinə görə, Tovuzda baş verən təxribat əvvəlcədən hazırlanmışdı. Y. Aydəmirov bir çox maraqlı və mətbuatda deyilməyən məqamlara toxunub: “Bu Ermənistanın işi deyildi. Başqa iri dövlətlərin işidir”.

Videonu təqdim edirik:[code][/code]

NUH informasiya agentliyi səhifəsindən çap edilib