Azərbaycanda 100 min manata quş satılır - 3 dildə danışa bilir
Sumqayıtda fantastik qiymətə tutuquşu satılır.
baku.ws xəbər verir ki, Sumqayıt şəhərində 3 dildə danışa bilən tutuquşunun 5 yaşı var.
Jako sinfinə aid olan erkək tutuquşunun qiyməti 100 min manatdır.
Tutuquşu Azərbaycan dilində danışa bilər. Bundan başqa, rus və ingilis dilində sözlər bilir.
