Dərc edilib: 03-02-2020

https://www.nuh.az/22418-.html

Ərdoğan Ukraynada səfərdədir

03.02.2020 18:19:10

Cəmiyyət

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada rəsmi səfərdədir. 


“Qafqazinfo”nun xəbərinə görə, Ərdoğan rəsmi qarşılanma mərasimi zamanı ukraynalı həmkarı Vladimir Zelenski ilə birlikdə Ukrayna himnini dinlədikdən sonra qarovul dəstəsini salamlayıb. Müvafiq video Ukrayna liderinin ofisinin feysbukdakı rəsmi səhifəsində yayımlanıb.

Ukrayna Prezidenti Aparatının Mətbuat xidmətindən verilən məlumata görə, iki ölkənin liderləri daha sonra təkbətək görüş keçiriblər.

Onlar Strateji Şuranın səkkizinci iclasında iştirak edəcək, ikitərəfli sənədləri imzalayacaq və jurnalistlərlə görüşəcəklər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib