Dərc edilib: 29-01-2020

https://www.nuh.az/22326-.html

Dünya çempionumuz faciəvi şəkildə öldü

29.01.2020 09:32:42

İdman

Dağıstanlı sərbəst güləşçi, Azərbaycan yığmasının keçmiş üzvü Sultan Nəsrullayev Rusiyanın Voronej vilayətində yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib. “Qafqazinfo” bildirir ki, bu barədə onun yaxınları “Midag.ru” saytına danışıblar.

Məlumata əsasən,  qəza Moskva-Həştərxan avtomobil yolunun 607-ci kilometrliyində, Voronej vilayətinin Qribanovski rayonunda baş verib. Nəticədə Dağıstandan olan dörd gənc dünyasını dəyişib.

Qeyd edək ki, 54 kiloqram çəki dərəcəsində çıxış edən S.Nəsrullayev 2011-ci ilin avqustunda Macarıstanda keçirilən gənclər arasında sərbəst güləş üzrə dünya çempionatında qızıl medal qazanmışdı.

NUH informasiya agentliyi səhifəsindən çap edilib