Dərc edilib: 09-01-2020

https://www.nuh.az/22008-.html

Xanım Yolçuyeva nöqsanlara görə işdən çıxarıldı

09.01.2020 12:49:51

Region

Azərbaycan Texniki Universitetinin (AzTU) Tədris hissəsinin müdiri İmran Yolçuyev səriştəsiz fəaliyyətinə və işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

Universitetdən Qaynarinfo-ya verilən məlumata görə, həmin vəzifəyə pedaqogika üzrə fəlsəfə doktoru Qəmər İsayeva təyin olunub.
Qəmər İsayeva bundan əvvəl Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tədris hissəsinin planlaşdırma və proqnozlaşdırma bölməsinin müdiri vəzifəsində çalışıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib