Maştağada ölənlərin sayı 10-a çatıb - Yenilənib
NUH.az-a daxil olan son məlumata görə Maştağa Ruhi xəstəxanasında ( 1 nömrəli Respublika Psixiatriya Xəstəxana) saxta spirtli içkidən zəhərlənərək dünyasını dəyişənlərin sayı 10-a çatıb.
* * *
Bu gecə Bakı şəhərində daha 3 nəfər saxta spirtli içkidən zəhərlənərək dünyasını dəyişib.
NUH.az-a daxil olan məlumata görə, əslən Gədəbəydən olan 3 dost Bakıda kafelərin birində Yeni ili qeyd ediblər. Hər 3 dost ağır vəziyyətdə Sabunçu xəstəxanasına çatdırılsa da onları qəbul edən olmayıb. Sonda zəhərlənmiş dostlar “Semaşko” xəstəxanasının Toksikoloji şöbəsinə qəbul edilib. Həkimlərin səyinə baxmayaraq hər 3 şəxs dünyasını dəyişib.
NUH.az-ın apardığı araşdırma zamanı ölən şəxslərdən birinin Hüseynov Yusif Vilayət oğlu olduğu məlum olub.
Ölənlərdən biri Maştağa Ruhi xəstəxanasının işçisi olub.