Dərc edilib: 23-12-2019

https://www.nuh.az/21814-.html

Nəvəsini məktəbə mühafizəçi ilə göndərəni şəxs Məzahir Pənahov imiş..

23.12.2019 21:58:31

Cəmiyyət

Bakıda dərsdə mühafizəçi ilə oturan məmur nəvəsinin kimliyi məlum olub.

Sözügedən məktəbli qız Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun ikinci sinfdə təhsil alan nəvəsidir.
O, hazırda təhsil aldığı 134 saylı məktəbə mühafizəçi ilə gedib-gəlir. Azyaşlı şagirdin bu hərəkəti məktəbdə təhsil alan digər şagirdlərin ciddi narahatlığına səbəb olub.
Məzahir Pənahovun nəvəsi olan şagirdin bundan öncə isə 6 saylı məktəbdən intizamsızlığına görə çıxarıldığı deyilir.  (Demokrat.az)

NUH informasiya agentliyi səhifəsindən çap edilib