Dərc edilib: 20-12-2019

https://www.nuh.az/21771-.html

Elsevər Mehdiyev parlament seçkisində iştirak edəcək

20.12.2019 19:06:07

Cəmiyyət

Mehdiyev Elsevər Möysüm oğlu əslən Göyçə mahalı, Basarkeçər rayonundandır. 1982-ci ildə Bakı şəhərində anadan olub. Bakı şəhəri Nəsimi rayonu A.Şaiq adına 54 saylı orta məktəbi bitirib. 1999-cu ildə BDU-nun tarix fakültəsinə daxil  olub.

 

Universitetin Tələbə Şurasının sədri, Tələbə Elmi cəmiyyətinin üzvü olub. 2003- cü ildə universiteti fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının və Azərbaycan-Türkiyə Dostluq Cəmiyyətinin Şəki-Zaqatala-Balakən zonası üzrə sədri işləyib.Tələbəikən Space tv-də xəbərlər departametində jurnalist, 2004- cü ildə " Əsl Zaman"  qəzetinin təsisçisi və baş redaktoru vəzifəsində çalışıb.

2003-2005-cı illərdə BDU-nun hüquq fakultəsini bitirərək magistr elmi dərəcəsi alıb. 2005-2006-cı illərdə Bakı şəhərindən həqiqi-hərbi xidmətə çağırılıb və Ehtiyat zabitlər hazırlıq kursunu bitirb. 2007- 2013-cü illərdə  Nəqliyyat Nazirliyinin müxtəlif idarələrində hüquqşünas, sonralar məhkəmələrdə nümayəndə kimi çalışıb.

 

Hal-hazırda "Əsl Zaman" qəzetinin baş redaktorudur. Türk, rus, ingilis dillərini bilir. Ailəlidir. 3 övladı var.

 

Gənc hüquqşünas  Nəsimi 21 saylı birinci seçki dairəsindən parlament  seçkisində iştirak edəcək. 


NUH informasiya agentliyi səhifəsindən çap edilib