Dərc edilib: 25-07-2019

https://www.nuh.az/20232-.html

Azərbaycanın hərbi təyyarəsi dənizə düşdü

25.07.2019 11:56:33

Günün sitatı

İyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

“Qafqazinfo” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ilkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.

Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Müdafiə nazirinin tapşırığına əsasən yaradılan komissiya qəzanın səbəblərinin araşdırılmasına başlayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib