SOCAR-ın əlil əməkdaşı Rövnəq Abdullayevə müraciət etdi
SOCAR-ın əlil əməkdaşı Rövnəq Abdullayevə müraciət etdi
SOCAR-a məxsu “Kompleks qazma işləri” trestinin keçmiş işçisi Əhmədov Asif Babaş oğlu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ( ARDNŞ ) prezidenti cənab Rövnəq Abdullayevə müraciət edib.
NUH.az-a daxil olan müraciəti olduğu kimi dərc edirik:
“Hörmətli Rövnəq müəllim !
Mən uzun müddət “Kompleks qazma işləri” trestində vışkaquraşdırıcı qaynaqçı peşəsində işləmişəm. 07 aprel 2018-ci ildə saat 16-00 radələrində Pirallahı sahəsi 1150 saylı meydançada istehsalatda baş verən bədbəxt hadisə nəticəsində sağlamlığımı itirmişəm. Belə ki hadisə zamanı fəqərələrim sındığı üçün hazırda 2-ci qrup əlil kimi əmək qabiliyyətli deyiləm.
Cənab R.Abdullayev!
Maddi durumum zəif olduğu üçün hazırda Qərb-Kaspi universitetində oxuyan oğlumun və Azərbaycan Pedoqoji Universitetində təhsil alan qızımın təhsil haqqını ödəyə bilmirəm. Sizdən xahiş edirəm övladlarımın təhsil haqqının ödənilməsinə və həyat yoldaşımın SOCAR-ın uyğun qurumlarının birində işlə təmin olunmasına kömək edəsiniz.
Hörmətlə, 2-ci qrup əlil Əhmədov Asif Babaş oğlu. “