Etibardan sui-istifadə edən dostlar
Redaksiyamızın saytına daxil olan şikayət ərizəsinə əsasən,şikayətçi Sadıxov Məhərrəm Sadıx oğlu bildirmişdir ki, 2017-ci ildə tanışları Məhəmmədəli və Zakir adlı şəxslər özlərini hüquqşunans vəkil qismidə qələmə verərək Sadıxov Məhərrəm Sadıx oğlunun bir neçə məhkəmə proseslərində ona kömək etməklə məhkəmə prosesini udacaqlarını söz vermişlər. Bu xidmətin müqabilində Zakir və Məhəmmədəli adlı şəxslər xidmət göstərməkl üçün 300 AZN (üç yüz manat) məbləğində müqavilə imzalayaraq pul vəsaiti alıblar, 100 AZN (yüz manat) isə vəkillər kollegiyasının vəkilini bu işə cəlb etmək üçün order pulu alıblar. Birinci instansiya məhkəməsində işi uduzaraq apellyasiya şikayəti vermək üçün əlavə olaraq yenidən 700 AZN (yeddi yüz manat) alıblar. Əlavə olaraq hakimin bunların xeyrinə olan qətnaməni çıxartmaq üçün 3000 AZN (üç min manat) alıblar. Apellyasiya məhkəməsini uğursuzluqla başa vuran dırnaq arası Zakir və Məhəmmədəli adlı hüquqşunanslar Ali məhkəməyə şikayət verilməsi üçün əlavə olaraq Sadıxov Məhərrəm Sadıx oğlundan 700 AZN (yeddi yüz manat) alıblar. Lakin bütün bu işlərin sonunda Məhərrəm Sadıxovun işini tam olaraq xaos vəziyyətinə salıblar. Vətəndaşın etibarından sui-istifadə edərək ümumilikdə 4800 AZN (dörd min səggiz yüz manat) pulunu mənimsəyiblər.
Dəyərli oxucular!
Əgər siz də bu cür hallarla rastlaşmısızsa, o zaman vaxt itirmədən bizim redaksiyamıza müraciət edə bilərsiz.
Araşdırmalar davam edilir.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq
Mənbə: Detektiv Lyuks