Dərc edilib: 23-12-2018

https://www.nuh.az/18430-.html

İlham Əliyev generalı işdən çıxarıb - Yeni təyinat

23.12.2018 10:33:17

Siyasət

Prezident İlham Əliyev dekabrın 18-də general-mayor Asəf Vaqif oğlu Quliyevin Dövlət Sərhəd Xidməti rəisinin müavini – “Naxçıvan” əlahiddə sərhəd diviziyasının komandiri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

“Qafqazinfo”nun “Nuhçıxan” agentliyinə istinadən məlumatına görə, dövlət başçısının digər sərəncamı ilə Niyaməddin Məhərrəm oğlu Tağıyev Dövlət Sərhəd Xidməti rəisinin müavini – “Naxçıvan” əlahiddə sərhəd diviziyasının komandiri təyin edilib

NUH informasiya agentliyi səhifəsindən çap edilib